26 baxış
Bu yazını paylaşın
İctimai

Bakıda avtobusa səhvliklə minən 6 yaşlı oğlan tapılaraq ailəsinə təhvil verilib

13 May 2023

Bakı Nəqliyyat Agentliyinin Çağrı Mərkəzinə (Alo141) vətəndaş tərəfindən daxil olan müraciətə əsasən, 88 nömrəli marşruta saat 15:30 radələrində 6 yaşlı oğlu səhvliklə minib. Övladının tapılaması üçün çağrı mərkəzimizə müraciət edib.

 

“Telejurnal” xəbər verir ki, müraciət qəbul edildikdən dərhal sonra araşdırma aparılıb. Belə ki, “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 88 nömrəli marşrutda fəaliyyət göstərən avtobuslara “AVL” proqram təminatı vasitəsilə mesaj göndərilib. Bundan əlavə xəttə nəzarət edən, xətt dispetçerləri ilə telefon əlaqəsi yaradılıb uşaqla bağlı bütün məlumatlar verildi.

 

16:25 radələrində oğlan uşağı tapılıb və valideyni ilə əlaqə saxlanılaraq metronun “İçəri Şəhər” stansiyası yaxınlığında polis əməkdaşlarının müşayyəti ilə təhvil verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…