31 baxış
Bu yazını paylaşın
İqtisadi

Bakıda Aqrar-Turizm İnvestisiya Forumu keçiriləcək

25 Yanvar 2022

Yanvarın 27-də Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “AgriVision” layihəsi çərçivəsində Aqrar-turizm İnvestisiya Forumu keçiriləcək.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, forumun əsas məqsədi Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər və xidmət təminatçıları üçün turizm istiqamətlərinin inkişaf strategiyalarını, biznes planlarını potensial dövlət və özəl investorlara təqdim etmək üçün platforma rolunu oynamaqdır.

Qeyd olunub ki, investorlar arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Aqrar Kredit və İnkişaf Agentliyi kimi dövlət qurumlarının, kənd yerlərinin inkişafı, kənd təsərrüfatı və turizm sahələrində çalışan beynəlxalq donor təşkilatlarının (UNDP, FAO və USAID) nümayəndələri forumda iştirak edəcəklər. Eyni zamanda, kiçik və orta fermer təsərrüfatlarının, müəssisələrlə işləyən maliyyə institutlarının, həmçinin kənd turizm imkanlarını maliyyələşdirməkdə maraqlı olan dövlət və özəl şirkətlərin, fərdi sahibkarların tədbirdə iştirakı nəzərdə tutulub.

https://azertag.az/xeber/Bakida_Aqrar_Turizm_Investisiya_Forumu_kechirilecek-1985291

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…