111 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Bakıda 5-ci milli kitab sərgisi keçirilir.

28 May 2023

27may -4 iyun tarixində Bakıda İçərişəhər, Qoşaqala qapısında 5-ci Milli kitab sərgisi keçirilir.
Sərgidə 70.000-dən çox kitab oxuyuculara təqdim olunur, yerli və xarici yazıçılarla görüş, imza günləri, maraqlı panel müzakirələri, poeziya axşamları təşkil olunur.

Sərgidə müxtəlif məsələlər üzrə ” Azərbaycan dilinin bugünki vəziyyəti,” ”Azərbaycan Xalq Cümhuriyyətini formalaşdıran ideyalar”, ”Cümhuriyyət qadınları”, ”Ədəbiyyatda yeni imzalar” kimi mövzularda panel müzakirələri də yer alır.

Sərgidə iştirak edən oxuyucular öz təssüratlarını bizimlə  bölüşdü

-Milli kitab sərgisi hər zamankı kimi yenə öz fərqliliyi ilə seçilir. Həm Azərbaycanlı, həm xarici yazıçılarla görüşlərin keçirilməsi,həvəskar gənclərin əl işlərinin təqdim olunması, kommunikasiyanın təşkil olunması çox sevindirici haldı. Kitablara edilən endirimlər sayəsində də mənim kimi kitabsevərlər bundan maksimum yararlana bilir.

Sərginin iştirakçılarından biri ”Kitab sərgisinə gəlmək sizə nə qazandırdı?” Sualına belə cavab verdi.

-Özümü çox yaxşı, mədəni bir mühitdə hiss etdim. Özümə mənən yaxın olan insanların içində olmaq , onlarla birliktə kitab alışverişi etmək, müzakirələri dinləmək mənəvi cəhətdən dincəlməyimə yardımci  oldu.

Qeyd edək ki, sərginin açılışına Xalq yazıçısı Anar, Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, Millət vəkili Qənirə Paşayeva, Bəhram Bağırzadə və başqa simalar da gəliblər.

Əkbərova Nigar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…