54 baxış
Bu yazını paylaşın
Uncategorized

Bakıda 20 yaşlı gənc qətl törətdi

11 Noyabr 2020

Bakıda 20 yaşlı gənc qətl törətdi
Noyabrın 10-da saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1984-cü il təvəllüdlü Zeynalov Əli Aydın oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Rəhimli Elnur Marif oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Əli Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elnur Rəhimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…