36 baxış
Bu yazını paylaşın
İctimai

Bakı parklarında təmizlik-dezinfeksiya tədbirləri görülüb

01 Avqust 2023

İsti yay günlərində parklardakı yaşıllıqlara qulluq göstərilməsi, burada təmizlik-sanitariya qaydalarına riayət olunması və sakinlərimizin normal istirahətinin təşkili məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtın kommunal xidmətləri və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən  verilən məlumata görə, bu tədbirlər çərçivəsində paytaxtın park və istirahət bağlarında kommunal xidmət əməkdaşları tərəfindən təmizlik-dezinfeksiya tədbirləri görülür.

İlk növbədə parklarda idman qurğuları, uşaq əyləncə avadanlıqları, mövcud tikili və pavilyonların ətrafı dezinfeksiya edilir, cücü və həşəratlara qarşı dərmanlanır, skyamya və oturacaqlar yuyulur və digər təmizlik işləri həyata keçirilir. Həmçinin ətraf ərazilərdə məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında təmizlik-dezinfeksiya işləri görülür.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən parklardakı ağacların dibi yumşaldılır, həmişəyaşıl ağaclar yuyulur. Eyni zamanda yaşıllıq zolaqları və parklarda qazon örtüyünə daimi qulluq göstərilir.

Bu kimi təmizlik-dezinfeksiya tədbirləri şəhərdəki park və istirahət bağlarında, yaradılan abad məhəllələrdə mütamadi olaraq keçiriləcək, parklarda təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…