53 baxış
Bu yazını paylaşın
İctimai

Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət edib

10 Noyabr 2020
Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət edib

“Əziz və dəyərli vətəndaşlarımız!

Prezident, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsini hər birimiz hədsiz sevinc və qürur hissi ilə qarşılayırıq”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) vətəndaşlara müraciətində bildirilir.

“Torpaqlarımızın ərazi bütövlüyünü təmin edərək xalqımıza qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandanımıza və şanlı Ordumuza böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk.

Eyni zamanda tarixi qələbə günündə milli birliyimizi nümayiş etdirmək üçün paytaxt küçələrinə çıxan dəyərli vətəndaşlarımızı, xüsusən də fərdi avtomobil sürücülərini bir qədər diqqətli olmağa dəvət edirik.

Xahiş edirik ki, qələbə yürüşü zamanı ictimai nəqliyyat vasitələrinin hərəkətinə mümkün qədər şərait yaratsınlar. Avtomobilləri avtobusların hərəkət trayektoriyasında və avtobus dayanacaq məntəqələri ərazisində saxlamaqdan çəkinsinlər.

Hər zaman olduğu kimi bu əlamətdar tarixi zəfər günündə də əziz vətəndaşlarımızın qaydalara anlayışla yanaşacağına əminik.

Unutmayaq ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu hazırki vaxtda bu qaydalara əməl etmək olduqca vacibdir.

Bir daha əziz xalqımızı şanlı qələbə münasibətilə təbrik edirik!”, – müraciətdə qeyd olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…