24 baxış
Bu yazını paylaşın
İctimai

Bakı metrosu qatarların hərəkət qrafikini dəyişir

13 Sentyabr 2022

“Bakı Metropoliteni” QSC Azərbaycanda yeni tədris mövsümünün başlaması ilə əlaqədar sentyabrın 15-dən qatarların hərəkət qrafikini dəyişir.

“TELEJURNAL.AZ” xəbər verir ki, qatarlar arasındakı interval sərnişin sıxlığına görə müəyyən olunacaq.

Belə ki, iş günlərinin gur saatlarında (səhər 7:30-dan 09:30-a qədər, axşam 17:30-dan 19:30-a qədər) “Həzi Aslanov-28 May” istiqamətində və əksinə qatarlar, metropolitenin maksimal texniki imkanları nəzərə alınmaqla, 2 dəqiqəyə qədər endirilmiş intervalla hərəkət edəcək. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfəyə qədər artacaq. Metropoliten sərnişinləri günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən ardıcıl olaraq marşrut göstəricisi üzrə iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini və həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların “Nərimanov” elektrik deposundan xəttə “Nərimanov” stansiyasından verilməsi və ya xətdən çıxarılmasıdır. İstirahət və qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur. Buna uyğun olaraq, “Həzi Aslanov-28 May” istiqamətində və əksinə şənbə günləri qatarlar səhər saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar və qeyri-iş günlərində 3 dəqiqə intervalla hərəkət edəcəklər.

Bu günlər ərzində də hərəkətin sərnişin sıxlığı və hərəkət intensivliyinə uyğun tənzimlənməsi məqsədilə ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq. Qeyd edilən günlər ərzində əsas hərəkət parametrləri üzrə monitorinqlər xüsusi qaydada təmin ediləcək. Yeni optimallaşdırılmış qrafik qüvvədə olduğu müddət ərzində qatarların hərəkət cədvəllərinə dəyişiklik edilərsə, ictimaiyyətə əvvəlcədən məlumat təqdim olunacaq. Xüsusi karantin rejimi davam etdiyindən Bakı metropoliteni müntəzəm monitorinqlərində bu və digər məsələləri də nəzərə alacaq.

“Bakmil” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları, eləcə də müvafiq normativlərə uyğun olaraq, gün ərzində qatarlar “Bakmil” istiqamətində və əksinə olmaqla xüsusi tərtib edilmiş cədvəllə hərəkət edir. Həmin cədvəllər Bakı metropoliteninin stansiyalarında və rəsmi internet saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc olunacaq.

Qrafikin 2023-cü ilin yay aylarına qədər qüvvədə qalması nəzərdə tutulub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…