43 baxış
Bu yazını paylaşın
Siyasi

Bakı Forumu: “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda panel iclası keçirilib

10 Mart 2023

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

TELEJURNAL-ın xəbərinə görə, Forum çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda növbəti panel iclası keçirilib.

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçirilən panel iclasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, “Fortescue Metals” və Fortescue Future Industries” şirkətlərinin direktorlar şurası; Quldarlığın Müasir Formalarının Aradan Qaldırılması üzrə Qlobal Fondun Şura sədri, “ExxonMobil” şirkətinin keçmiş vitse-prezidenti Cin Baderşnayder, 2008, 2015-2017-ci illərdə Rumıniyanın xarici işlər naziri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin (PERMİS) Baş katibi Lazar Komanesku, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, 2014-2015-ci illərdə Qırğızıstanın Baş naziri Coomart Otorbayev, Tacikistan Respublikasının nəqliyyat naziri Azim Ibrohim, 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini; Rumıniya parlamentinin üzvü Ana Birçall, ATƏT-in fəaliyyətdə olan sədrinin uzun sürən münaqişələr üzrə xüsusi nümayəndəsi; Şanxay Əməkdaşlıq Təşkilatının 2007-2009-cu illərdə baş katibi Bolat Nurqaliyev çıxış ediblər.

Panel iclasında çıxış edən energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycan yeni enerji dəhlizlərini qurmağa çalışır:

“Bu layihələrin icrası üçün lazımi şəraiti yaratmağa çalışırıq”.

Onun sözlərinə görə, İpək yolu marşrutu bağlandıqda bu, artıq iqtisadiyyatlara təsir göstərdi və onlar zəiflədi:

“Bugünkü vəziyyət o vaxtdan heç də fərqlənmir. Azərbaycanın məqsədi təhlükəsiz enerji resurslarını bölgəmiz və digər ölkələr üçün təmin etməkdir. Bizim bir neçə layihələrimiz var. Onlar partyonlarımızla birgə icra ediləcək”.

Daha sonra çıxış edən Bolqarıstanın keçmiş xarici işlər naziri Ekaterina Zaharieva isə Azərbaycanın gələcək planlarını öyrənməyin lazım olduğunu söyləyib:

“Çünki Azərbaycan təkcə qaz və neftə sərmaye qoymur. Onlar bərpaolunan enerjiyə də böyük sərmaye qoyur. Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq gözəl nəticələr verir”.

2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, Rumıniya parlamentinin üzvü Ana Birçall vurğulayıb ki, Prezident İlham Əliyevin dəstəyi sayəsində Azərbaycandan gələn qaz ölkəsini və Avropanı xilas edib:

“Bu qış Azərbaycan bizə dəstək olmasaydı nə edərdik?”

Rumıniya parlamentinin üzvü Şuşada üç dəfə olduğunu deyib: “Orada quruculuq işləri gedir. Şuşada bərpaolunan enerjidən istifadə olunacaq. Avropa İttifaqı Azərbaycanın təcrübəsindən öyrənməlidir”.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vurğulayıb ki, ötən il Azərbaycan ərazisindən keçən yüklər artıb.

Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat yollarının inkişaf etməsi əsas prioritetlərdəndir: “Şərqlə Qərb, Şimalla Cənub arasında müxtəlif enerji kanalları var. Keçən il Azərbaycan ərazisindən keçən yüklər artıb. Biz Gürcüstan və Qazaxıstanla birgə işləyirik. Hər kəsi əmin etmək istəyirik ki, artan tələbat düzgün şəkildə qarşılanacaq”.

Nazir azad edilən ərazilərdə yaradılacaq yeni nəqliyyat dəhlizləri, həyata keçirilən işlər barədə də panel iştirakçılarını məlumatlandırıb.

Panel iclası çıxışlarla davam etdirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…