26 baxış
Bu yazını paylaşın
İctimai

Bakı Elm Olimpiadasına qeydiyyat davam edir

13 Aprel 2022

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadası keçiriləcək.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.
Olimpiada VIII, IX, X sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq. Olimpiadanın I mərhələsində (30 aprel) iştirak edəcək komandalar aprelin 15-dək elektron qeydiyyatdan keçə bilərlər. Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 12 komanda final mərhələsinə (25-26 may) vəsiqə qazanacaq.
Olimpiadanın əsasnaməsinə uyğun olaraq, I mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, final mərhələsində isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər.
I mərhələdə test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, final mərhələsində isə hər bir qapalı tipli tapşırıq 2 bal olmaqla ümumilikdə 30 balla, açıq tipli tapşırıqlar da 30 balla qiymətləndiriləcək. Təcrübə işinin qiymətləndirilməsi isə ümumilikdə 40 ballıq sistemlə aparılır. Ən çox bal toplayan ilk 3 komanda qalib hesab olunacaq.
Qalibləri Təşkilat Komitəsi tərəfindən təyin olunan mütəxəssislərdən ibarət Ekspert qrupu müəyyənləşdirəcək.
BŞTİ tərəfindən qaliblərə diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komanda üzvləri diplomla təltif olunacaq.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…