30 baxış
Bu yazını paylaşın
Siyasi

Bakı ABŞ görüşünü təxirə saldı, Ərdoğanı gözləyirdi – Arutyunyan

12 İyun 2023

Əsas səbəbin nə olduğunu bilmirəm, bunu zaman göstərəcək. Biz yalnız fərziyyə irəli sürə bilərik. Məncə, Bakının Vaşinqton görüşünü təxirə salmaq xahişinin səbəbi İlham Əliyevin Ərdoğanla görüşüdür. Əliyevin Ərdoğanla məsləhətləşmələrindən sonra Vaşinqton görüşü reallaşacaq.

Telejurnal xəbər verir ki, bu sözləri Ermənistanın sabiq baş naziri, parlamentin keçmiş sədri Xosrov Arutyunyan 12 iyunda ABŞ-da keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün Bakının xahişi ilə təxirə salınmasını şərh edərkən deyib.

O bildirib ki, Azərbaycanın ABŞ-ın təşəbbüsünü rədd etdiyi və görüşdən-danışıqlardan çəkildiyini demək olmaz:

“Azərbaycan görüşdən imtina etməyib, onu təxirə salmağı xahiş edib. Bunlar ayrı-ayrı şeylərdir”.

Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və anklavları da geri verməyə hazır olduğu barədə danışan Arutyunyan qeyd edib ki, bu, görünür, İrəvanın iradəsi xaricindədir:

“Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsini Nikol Paşinyanın açıqlamalarının ardıcıllığını izləməklə anlamaq olar. Bu ardıcıllığı izləyəndə biz görürük ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi görmək üçün bütün hüquqi əsaslar var, əksi mümkün deyil. Məncə, Paşinyan bunu istəmir, ancaq beynəlxalq hüquq sübut edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…