98 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azexport” Vyetnama yeddi adda meyvə şirəsi və spirtsiz içkilər ixrac edəcək

29 Dekabr 2021

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı “Made in Azerbaijan” məhsullarına növbəti Sərbəst Satış sertifikatlarını təqdim edib. Sertifikatlar Vyetnam Sosialist Respublikasına Azərbaycan istehsalı olan yeddi adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün verilib.

‘TELEJURNAL’ Mərkəzdən AZƏRTAC-a bildirilən  məlumata istinadən xəbər verir ki, ümumilikdə 2018-ci ilin aprel ayından bu ilin dekabrınadək 622 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub – Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsulların çıxışını asanlaşdırıb.

Qeyd edək ki, Sərbəst Satış Sertifikatı Prezident İlham Əliyevin 2017-ci il 12 sentyabr tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar “www.Azexport.az” platformasına onlayn olaraq müraciət edə bilərlər.

https://azertag.az/xeber/Azexport_Vyetnama_yeddi_adda_meyve_siresi_ve_spirtsiz_ichkiler_ixrac_edecek-1964410

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…