39 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azərsu”nun Zəngilanda xidmət sahəsi yaradılıb

21 Yanvar 2022

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə Şuşa, Kəlbəcər şəhərləri və Hadrut qəsəbəsindən sonra daha bir şəhərdə – Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb.
“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, xidmət sahəsi Zəngilan və Qubadlı rayonlarına, həmçinin Laçın rayonunun bəzi kəndlərinə xidmət göstərir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Zəngilan şəhərində yararsız tikililərdən biri təmir olunaraq inzibati bina kimi istifadəyə verilib. İşlərin operativliyini təmin etmək məqsədilə xidmət sahəsi xüsusi nəqliyyat vasitələri ilə təmin olunub.
Zəngilan rayonunda “Azərsu” tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib. Şəhər ərazisində və bəzi kəndlərdə, eləcə də sərhəd məntəqələrində yerləşən hərbi bölmələrin su təchizatı sistemi araşdırılıb, mövcud magistral və şəbəkə su xətlərinin qəzalı hissələri təmir olunub. Su ilə təmin edilməyən obyektlərin su təchizatı məqsədilə yeni xətlər çəkilib, zəruri yerlərdə hidrofor tipli nasoslar quraşdırılıb. Görülmüş işlər nəticəsində Zəngilan şəhərində və kəndlərdə 34 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin olunub.
Ötən müddətdə Qubadlı şəhərinin mövcud su təchizatı sistemi araşdırılıb, magistral və şəbəkə xətlərinin dağıdılmış hissələri bərpa edilib. Şəhər ərazisində 1 su anbarı, 2 suqəbuledici qurğu və 10 kilometr müxtəlif diametrli su xətləri bərpa olunub. Hazırda Qubadlı şəhərində 70 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin edilir.
Qeyd edək ki, “Azərsu” Zəngilan və Qubadlı rayonları ilə yanaşı, Şuşa şəhəri, Kəlbəcər və Laçın rayonlarında, eləcə də Hadrut, Talış və Suqovuşan qəsəbələrində fasiləsiz xidmət təşkil edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…