367 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azərsu” yanında İctimai Şuranın üzvləri Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə tanış olublar

26 Noyabr 2021

“Azərsu” ASC yanında İctimai Şuranın üzvləri tanışlıq məqsədilə Mərkəzi Laboratoriyada olublar. Əvvəlcə Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

‘TELEJURNAL’ xəbər verir ki, ASC-dən AZƏRTAC -a bildirilib ki, Mərkəzi Laboratoriyanın rəisi Elçin Əliyev 2013-cü ildə fəaliyyətə başlayan laboratoriyanın 1 il sonra Latviya Milli Akkreditasiya Bürosu tərəfindən ISO-17025 standartı üzrə beynəlxalq akkreditasiyadan keçirildiyini qeyd edib. O vurğulayıb ki, Laboratoriya beynəlxalq standartların tələblərinə uyğun cihaz və avadanlıqlarla təchiz olunub. Bu cihazlar Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Su Direktivlərində qeyd edilən parametrlərin tam nəzarətdə saxlanılmasına imkan verir. Hazırda laboratoriyada içməli və tullantı sularının 114 parametri öyrənilir. 2020-ci ildə Mərkəzi Laboratoriyada 74 mindən çox içməli və tullantı su nümunələri üzrə 409 mindən çox göstərici beynəlxalq standartların tələblərinə uyğun şəkildə təyin olunub.

“Azərsu”nun Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev diqqətə çatdırıb ki, içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif mərhələlərdə nəzarət edilir. Su nümunələri müxtəlif nöqtələrdən götürülür və analiz olunur. Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə 9 regional laboratoriya yaradılıb. Quba, Ucar və Oğuz regional laboratoriyaları beynəlxalq akkreditasiyadan keçib. Regional laboratoriyalar Azərbaycanın ucqar ərazilərində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.

Sonra İctimai Şuranın üzvləri Mərkəzi Laboratoriya ilə əyani tanış olub, içməli və tullantı su bölmələrində aparılan analizləri yaxından izləyiblər. Şura üzvlərinin təşəbbüsü ilə müxtəlif su nümunələrinin analizi aparılıb.

“Azərsu” yanında İctimai Şuranın sədri Rauf Zeyni Mərkəzi Laboratoriyanın şəraiti və imkanlarının onlarda xoş təəssürat yaratdığını bildirib.

Şura üzvləri suyun keyfiyyəti ilə bağlı ictimaiyyətin müraciətlərinin cavablandırılması baxımından laboratoriya ilə əyani tanışlığın böyük əhəmiyyəti olduğunu vurğulayıblar.

https://azertag.az/xeber/Azersu_yaninda_Ictimai_Suranin_uzvleri_Merkezi_Laboratoriyanin_fealiyyeti_ile_tanis_olublar-1936424

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…