234 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azərpoçt” Ümumdünya Poçt İttifaqının yeni tətbiqinə qoşulub

19 Noyabr 2021

“Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının yeni EAD (Electronic Advance Data – İlkin Elektron Məlumatlar) mobil tətbiqinə qoşulub.

“Telejurnal”, “Azərtac” a istinadən xəbər verir ki, sürətli poçt rabitəsi xidmətləri (EMS) vasitəsilə xarici ölkəyə poçt göndərişi həyata keçirmək istəyən göndərici bu xidmətdən istifadə etməklə bir sıra üstünlüklər qazanır. Müştəri poçt şöbəsinə getməzdən əvvəl göndərəcəyi məhsul barədə məlumatları EAD mobil tətbiqinə əlavə edərək xüsusi şifrə əldə edir. Daha sonra poçt şöbəsinə yaxınlaşaraq müvafiq şifrəni poçt əməliyyatçısına təqdim etməklə göndərişi qısa bir zamanda göndərir. Mobil tətbiqdən istifadə edərək gömrük bəyannaməsinin öncədən doldurulması xidmətin daha operativ həyata keçirilməsinə şərait yaradır.

Tətbiqdən yararlanmaq isə çox sadədir. Vətəndaşlar istifadə etdiyi sistemdən asılı olaraq tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə yükləyir. Daha sonra göstərilən boş xanalara müvafiq məlumatları (ingilis hərfləri ilə) daxil edir.

Yeni tətbiqin daha bir üstünlüyü ondan ibarətdir ki, müştəri təyinat ölkəsində hansı malların qadağan olunduğunu görə bilir və göndərilən məhsulun HS (Harmonized System – Uyğunlaşdırılmış Sistem) gömrük kodunu əvvəlcədən müəyyənləşdirir. Bu da gömrük baxışı zamanı problemlərin yaranmamasına, sürətli gömrük rəsmiləşdirilməsi aparılması və göndərişin ünvan sahibinə gecikdirilmədən çatdırılması ilə nəticələnir. Qeyd edilən xidmət ilkin mərhələdə Mərkəzi Poçt Şöbəsi, Poçt Daşıma Mərkəzi və Gəncə şəhərində yerləşən EMS məntəqələrində həyata keçirilir.

Bu gün “Azərpoçt” Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq həm fərdi şəxslərə, həm də biznes qurumlarına 1500-ə yaxın poçt şöbəsi vasitəsilə həftə içi hər gün, eyni zamanda, şənbə, bazar və bayram günləri də xidmət göstərir. MMC-nin fəaliyyətinin əsas məqsədi əhaliyə və müştərilərə yüksək keyfiyyətli poçt və maliyyə xidmətlərinin göstərilməsidir.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…