243 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azərpoçt” sahibkarlar üçün yeni xidmət təqdim edir

26 Yanvar 2022

Azərbaycanda ən böyük şəbəkəyə malik olan, bütün şəhər və rayonlarda 1500-dək şöbə ilə xidmət göstərən “Azərpoçt” əhaliyə əlçatanlıq imkanlarını nəzərə alaraq, eyni zamanda, təcrübəsinə və beynəlxalq nümunələrə əsaslanaraq biznes sahiblərinə “Retail” xidmətini təqdim edir.
“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, xidmətin əsas mahiyyəti sahibkarlarla birgə işləyərək vətəndaşlara sabit qiymət siyasəti əsasında xidmət göstərmək, həmçinin biznes sahiblərinə işlərini daha səmərəli şəkildə qurmalarında dəstək verməkdir. Belə ki, sahibkarlar öz məhsullarını “Azərpoçt” məntəqələri vasitəsilə vətəndaşlara təqdim edə bilərlər. Bu əməkdaşlıq biznes sahiblərinə ilk növbədə vahid və şəffaf qiymət siyasəti tətbiq etmək, eyni zamanda, bütün ölkə əhalisinə çıxış imkanı verəcək. “Azərpoçt” MMC bu əməkdaşlıq çərçivəsində logistik xidmət və icarə haqqı xərclərini nəzərdə tutmur, onları özü təmin edir.
Qeyd edək ki, “Azərpoçt” məntəqələrində ibtidai siniflər üçün iş dəftərlərinin, “Azərlotereya” ASC-nin lotereya biletlərinin, “Azercell Telekom” MMC-nin, eləcə də bir sıra özəl qurumların məhsullarının satışı uğurlu şəkildə həyata keçirilir.
“Azərpoçt” MMC-nin “Retail” xidməti ilə maraqlanan sahibkarlar “sales@azerpost.az” ünvanı və yaxud da (+994 51) 230-46-93 mobil nömrəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…