26 baxış
Bu yazını paylaşın
Dünya

“Azərkosmos” İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

20 İyul 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında uzunmüddətli kommersiya müqaviləsi imzalanıb.

TELEJURNAL. az Report-a istinadən xəbər verir.

Müqaviləyə əsasən, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılan yerüstü stansiya “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradacaq.

Yerüstü stansiyada quraşdırılan 3,7 metrlik S/X diapazonlu müasir anten sistemi müxtəlif peyklərdən əldə olunan kritik məlumatların emalı, ötürülməsi, telemetriya və peyk şəbəkələri arasında nəzarəti saxlamaq və kosmosda olan aparatları monitorinq etmək üçün geniş həllər təmin edəcək.

“Qlobal yerüstü stansiya şəbəkəmizi genişləndirmək üçün Azərbaycanda quraşdırdığımız anten xidmətimizin əhatə dairəsini artıracaq və biz Azərkosmosla tərəfdaşlıqdan məmnunuq”, – “Leaf Space”in baş direktoru və həmtəsisçisi Conata Puqlia bildirib.

“Azərkosmos və “Leaf Space” arasında əməkdaşlıq kosmosla bağlı birgə fəaliyyətimizin davamlı inkişafı istiqamətində mühüm addımdır. Bu da öz növbəsində Azərbaycan və İtaliyanın uğurlu strateji tərəfdaşlığından xəbər verir”, – deyə “Azərkosmos”un sədr müavini Fuad Aslanov qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…