26 baxış
Bu yazını paylaşın
İctimai

“Azəristliktəchizat” növbəti payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb

25 İyun 2023

“Azəristliktəchizat” ASC 2023-2024-cü il payız-qış mövsümə hazırlıq işləri çərçivəsində təmir-bərpa işlərinə başlayıb.

Bu barədə  qurumdan bildirilib.

Təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq 641 536 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və yuyulub, 2 779 km istilik xətləri əsaslı təmir olunmuş, 58 429 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb, istilik xətlərində 647,02 m2 istilik örtük qatı təmir edilib, 382 ədəd istilik kamerası təmizlənib. 155 qazanxana və 38 istilik məntəqəsi kompleks yoxlanılıb, 1 ədəd qazan aqreqatı əsaslı və 85 ədəd cari təmir olunub.

Bundan başqa, 46 dəst istilik mübadilə aparatları təmir və təftiş olunub, 130 ədəd istilik mübadilə aparatları hidravlik təzyiqə yoxlanıb, 59 dəst istilik mübadilə qurğusu mexaniki və 22 dəst kimyəvi üsulla təmizlənib. 6 ədəd nasos əsaslı, 214 ədəd cari təmir olunub, 20 ədəd siyirtmə, 3 ədəd əks klapan, 229 ədəd müxtəlif diametrli dirsək yenisi ilə əvəz edilib.

Magistral istilik xətlərinin keçdiyi ərazilərdə müxtəlif təyinatlı kommunikasiyaların və yaşayış evlərinin mövcudluğu təmir-bərpa müddətində müəyyən çətinliklərin yaratmasına baxmayaraq əməkdaşların peşəkarlığı və işlərin yüksək səviyyədə təşkili nəzərdə tutulan tədbirlərin vaxtında və təhlükəsiz icrasının təminedilməsinə imkan verir.

Ümumilikdə istilik təsərrüfatlarında 1 000 km-dən artıq magistral və məhəlli istilik xətləri, 150 km qaz xətləri, 49 minə yaxın müxtəlif təyinatlı avadanlıq və qurğu istismar edilir.

Hazırlıq işlərinin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…