100 baxış
Bu yazını paylaşın
İctimai

“Azəristiliktəchizat” növbəti istilik mövsümünə dair planlarını açıqlayıb

09 Avqust 2022

2022-2023-cü illər payız-qış mövsümündə “Azəristiliktəchizat” ASC Bakıda və regionlarda balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 879 yaşayış binasını, 280 məktəbi, 160 uşaq bağçasını, 164 səhiyyə müəssiəsini, 2 052 sosial və təsərrüfat obyektini istiliklə təmin edəcək.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu məqsədlə 1 000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri, 1 300-dən artıq qazan aqreqatı, 3 000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu və texniki rejim parametrlərinin saxlanılması üçün 20 000-dən artıq müxtəlif tənzimləyici və nizamlayıcı armaturlar istismar olunacaq.

Mövsümə hazırlıq tədbirləri çərçivəsində 6,3 km müxtəlif diametrli istilik xətləri əsaslı təmir olunub, 460 ədəd dirsək dəyişdirilib, 22 ədəd qazan aqreqatı əsaslı, 428 ədədi cari təmir olunub, 263 ədəd qazan aqreqatı mexaniki və 34 ədəd kimyəvi üsulla təmizlənib, 2 332 ədəd nasos, 10 014 ədəd müxtəlif diametrli siyirtmələr, 2 128 ədəd mühərrik, 361 ədəd elektrik avadanlığı və 396 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1 097 ədəd genişləndirici çən təftiş olunub, zəruri təmir-bərpa işləri aparılaraq tam işçi vəziyyətə gətirilib və hazırda işlər davam etdirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…