257 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azərişıq”: Paytaxt və bölgələrdə elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlanıb

03 Dekabr 2021

“Azərişıq” ASC-nin əməkdaşları vəzifə təlimatına uyğun, ayda bir dəfə olmaqla elektrik sayğaclarının oxunmasını həyata keçirir. Bu vəzifənin növbəti icrası zamanı təəssüf ki, bəzi abonentlər tərəfindən sayğaclara müdaxilə edilərək elektrik enerjisinin talanması halları müşahidə olunub.

‘TELEJURNAL’ ASC-dən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, ümumilikdə bu ilin 11 ayı ərzində talama hallarına yol verən 1254 abonent aşkarlanıb. Həmin abonentlər üzrə itirilmiş elektrik enerjisinin miqdarı isə 17 milyon kVt/saatdan çox olub.

Qeyd edək ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının vaxtında qarşısının alınması məqsədilə “Azərişıq” ASC-nin müvafiq strukturları bu istiqamətdə mütəmadi işlər görür və bu cür neqativ halların qarşısını alırlar. Uçotlara müdaxilə və kənar xətdən istifadə halları aşkar olunduqda həmin abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılır və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin həmin obyekt və müəssisələrin adları bundan sonra kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

https://azertag.az/xeber/Azerisiq_Paytaxt_ve_bolgelerde_elektrik_enerjisinden_qanunsuz_istifade_hallari_askarlanib-1942032

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…