97 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azərişıq” hava şəraitini nəzərə alaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

12 Yanvar 2022

Hava şəraitinin kəskin dəyişiləcəyi barədə verilən məlumatı nəzərə alaraq istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa, istehlakçılardan “199” Çağrı mərkəzinə zəng etmələri xahiş olunur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də regionlarda havanın temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Bəzi yerlərdə sulu qar və qarın yağması proqnozlaşdırılır.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…