27 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azəriqaz”da magistrantlarla görüş olub

13 Yanvar 2022

“Azəriqaz” İstehsalat Birliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında bağlanmış müqaviləyə əsasən, universitetin Biznesin iqtisadiyyatı və menecment kafedrasında “Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması” proqramı üzrə magistratura pilləsində təhsil alan Kamran Vəliyev və Əlibəy Əlizadə magistr dissertasiyasına rəhbərlik üçün birliyə göndəriliblər.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, birliyin baş direktoru Ruslan Əliyev magistrantlarla görüşüb, onların təhsil istiqamətləri üzrə tədqiqat aparmaq istədikləri sahələrlə maraqlanıb, dissertasiya mövzusunu müəyyənləşdirmək üçün tapşırıq və tövsiyələrini verib.

Görüşdə, həmçinin birliyin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirov, Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov da iştirak edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…