50 baxış
Bu yazını paylaşın
Siyasi

“Azəriqaz” rəhbərliyi cəbhə zonasında – Fotolar

04 Oktyabr 2020

 “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Tərtər, Ağdam, Füzulu rayonlarında olublar. 

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, buna səbəb “Azəriqaz” İB-də yaradılan Qərargahın fəaliyyəti və cəbhə zonasında vəziyyət barədə maraqlanmaqdır.

Sözügedən ərazilərdəqaz təsərrüfatına dəyən ziyan araşdırılıb və yerli icra orqanları ilə görüşməklə əlaqəli iş rejiminin qurulması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda Birliyin rəhbərliyi sakinlərlə də söhbətləşərək, qaz təchizatında yaranmış müvəqqəti çətinliklərin tezliklə aradan qaldırılacağını, növbəti görüşlərin yaxın zamanlarda işğaldan azad olunacaq torpaqlarda baş tutacağına əmin olduqlarını ifadə ediblər.

Qeyd edək ki, hazırda Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər və Bərdə rayonları üzrə ümumi abonentlərin 69 %-i təbii qazla təmin olunur, 31 % abonentin isə təhlükəsizlik tədbiri olaraq qaz təchizatı məhdudlaşdırılıb. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi və Tərtər rayonunun hazırda ümumiyyətlə qaz təminatı dayandırılıb.

Düşmənin mülki əhalini, yaşayış məntəqələrini atəşə tutması nəticəsində Birliyin bölgədə fəaliyyət göstərən struktur bölmələrinin nəqliyyat vasitələrinə və binalarına da ziyan dəyib. Dünən gecə düşmənin atdığı mərmilər Goranboy rayonun qaz təsərrüfatına məxsus xidməti binanı və xidmət rəisinin avtomobilini ciddi zədəliyib.

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan strateji obyektlərin, kommunikasiyaların, infrastrukturun, partlayış təhlükəli obyektlərin, rabitə sistemi və şəbəkələrin, qazın nəqlinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün “Azəriqaz” İB-də 7/24 rejimində fəaliyyət göstərən Qərargah yaradılıb.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…