57 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 400 mininci abonenti məlum olub

29 Yanvar 2022

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) 2 milyon 400 mininci abonentinin adı məlum olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, o, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Ədalət küçəsində qeydiyyatda olan Sevil İsgəndərova Canəkbər qızıdır. Ailənin maddi durumunda sıxıntılar olduğundan “Azəriqaz” İB bu fərdi yaşayış evinin qazlaşdırılmasını öz üzərinə götürüb. Aparılan hesabatlar zamanı təsadüfi olaraq Sevil xanımın 2 milyon 400 mininci abonent olduğu məlum olub. Bu məqsədlə Birliyin baş direktoru Ruslan Əliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov abonentin fərdi yaşayış evini ziyarət ediblər.
Görüş zamanı baş direktor tərəfindən abonentin ailə başçısına təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub. Birliyin baş direktoru ailənin həyat şəraiti və qayğıları ilə də yaxından maraqlanıb. Ailənin maddi durumunun çox ağır olduğunu öyrənən birlik rəhbəri ailə başçısı Bəhruz Zalovun “Azəriqaz” İB-də müvafiq işlə də təmin olunacağını bildirib. Ailə başçısı belə bir həssas dönəmdə ona diqqət göstərdiyinə görə “Azəriqaz” İB-nin rəhbərinə minnətdarlığını bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…