416 baxış
Bu yazını paylaşın
İqtisadi

“AzerGold” QSC-nin əməkdaşları Qarabağ Dirçəliş Fonduna ianələr ediblər

27 Dekabr 2021

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Qarabağ Dirçəliş Fonduna ianələr ediblər.

‘TELEJURNAL’ QSC-dən AZƏRTAC-a bildirilən məlumata  istinadən xəbər verir ki, Səhmdar Cəmiyyətin kollektivi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun tarixi Qələbəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda icra olunacaq quruculuq işlərinə dəstək olmaq məqsədilə aylıq vəzifə maaşlarından ümumilikdə 60 min manatdan çox məbləğdə vəsaiti Fonda köçürüblər.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılıb.

“AzerGold” ailəsinin bütün üzvləri bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək göstərilməsi təşəbbüsünə qoşulmaqla dövlətimiz və xalqımızla həmrəy olduğunu bir daha bəyan edir.

azertag.az/xeber/AzerGold_QSC_nin_emekdaslari_Qarabag_Dirchelis_Fonduna_ianeler_edibler-1962292

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…