50 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azərenerji”nin xalis mənfəəti 3 dəfə artıb

03 Avqust 2023

“Azərenerji” ASC 2022-ci ili 436,506 milyon manat xalis mənfəətlə başa vurub.

TELEJURNAL  səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur.

Bununla da, qurumun yığılmış zərəri 16,8 % azalaraq 2 164,739 milyon manata düşüb.

Ötən il “Azərenerji”nin elektrik enerjisi satışından gəlirləri 1 840,564 milyon manat (əvvəlki ilə nisbətən 43,7 % çox), elektrik şəbəkəsinə qoşulma xidmətlərindən və digər satış gəlirləri 6,987 milyon manat (20,8 % az), xarici valyuta mübadiləsindən gəlirləri 105,457 milyon manat (24,9 % çox), əmlak, tikili, avadanlıq və əmlak, tikili və avadanlıq alınması üçün verilən avans üzrə dəyərsizləşmədən gəlirləri 3,07 milyon manat (3,1 dəfə az), digər gəlirləri 4,128 milyon manat (7,4 dəfə az), yanacaq xərcləri 806,424 milyon manat (27 % çox), köhnəlmə və amortizasiya xərcləri 272,532 milyon manat (23,5 % çox), işçi heyəti ilə bağlı xərcləri 79,777 milyon manat (5,6 % çox), təmir və texniki xidmət xərcləri 70,569 milyon manat (30,6 % az), xammal və material ehtiyatları xərcləri 18,891 milyon manat (2,8 dəfə çox), elektrik enerjisi alışına xərcləri 44,819 milyon manat (68,5 % çox), maliyyə xərcləri 25,269 milyon manat (7,5 % az), digər xərcləri 61,876 milyon manat (26,9 % az), ƏDV-nin dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən zərəri 12,025 milyon manat (12,1 dəfə çox), mənfəət vergisi ödəmələri 98,432 milyon manat (96,5 % çox), digər vergi ödəmələri 33,086 milyon manat (12,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərenerji”nin aktivləri 4 522,509 milyon manat olub ki, bu da illik müqayisədə 9 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 11,6 % azalaraq 2 212,996 milyon manata düşüb, balans kapitalı isə 40,4 % artaraq 2 309,513 milyon manata çatıb.

Xatırladaq ki, “Azərenerji” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 760,495 milyon manatdır. 100% dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…