296 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azərenerji”nin bu il 23 enerji obyekti istismara verilib

30 Dekabr 2021

Bu il “Azərenerji” ASC-nin 23 elektrik stansiya və yarımstansiyası tikilib və ya yenidən qurularaq istismara verilib.

‘TELEJURNAL’ ASC-dən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, ölkənin ən böyük yarımstansiyası olan 500 kilovoltluq “Abşeron” yarımstansiyası, həmçinin strateji əhəmiyyətli 220 kilovoltluq “Xırdalan” və “Hövsan”, o cümlədən sistem əhəmiyyətli 110 kilovoltluq “Binəqədi”, “Xırdalan-2”, “Maştağa”, “Suraxanı” yarımstansiyaları yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Sentyabrın 3-də dövlətimin başçısının iştirakı ilə “Sumqayıt” Elektrik Stansiyasının əsaslı təmiri, yeni estakada nasos stansiyasının istismara verilməsi ilə 2018-2021-ci illəri əhatə edən Enerjisistemin Reabilitasiya Proqramı başa çatıb.

Cari ildə Enerjisistemin Yeni SCADA proqramı istifadəyə verilib, tikilməkdə olan 330 kilovoltluq yarımstansiya, 385 meqavatlıq elektrik stansiyasından ibarət “Qobu” Enerji Qovşağında işlər yekunlaşıb, işğaldan azad olunmuş ərazilərdə 13 enerji obyekti tikilib və yenidən qurulub.

Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı “Güləbird” SES, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb. Azad olunmuş ərazilərdə 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Ağdam rayonunda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

“Azərenerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb.

“Belə ki, dördüncü sənaye inqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilib və müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb. İstismara verilən yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir”, – deyə T.Abdullayev vurğulayıb.

Azad olunmuş ərazilərdə ümumi uzunluğu 365 kilometr məsafədə iki dövrəli olmaqla 10 istiqamətdə yüksək gərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.

https://azertag.az/xeber/Azerenerjinin_bu_il_23_enerji_obyekti_istismara_verilib-1965276

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…