57 baxış
Bu yazını paylaşın
İqtisadi

“Azercell”dən bol hədiyyəli yubiley ayı

18 Dekabr 2021

25 ilini qeyd edən mobil operator abunəçilərinə təşəkkür edir

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir, dekabrın 15-də fəaliyyətinin 25-ci ilini tamamlayan “Azercell Telekom” MMC bu illər ərzində abunəçilərini daim keyfiyyətli rabitə, sürətli internet və texnoloji yeniliklərlə təmin etmək üçün çalışıb. Əsrin dörddəbirini geridə qoyan mobil operator bu əlamətdar tarixi 5 milyon abunəçisi ilə birlikdə qeyd edir.

“Azercell” komandası bu illər ərzində onu seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir və minnətdarlığının ifadəsi olaraq bol hədiyyəli yubiley ayını elan edir.

Dekabrın 15-dən yanvarın 15-dək kampaniya müddətində “Azercell”in rəsmi sosial şəbəkə səhifələrində əyləncəli və sürpriz dolu müsabiqələr keçiriləcək. Müsabiqələrin keçirilməsi və şərtləri barədə istifadəçilər sosial səhifə və digər kommunikasiya kanalları vasitəsilə əvvəlcədən məlumatlandırılacaq.

Yubiley aylığında milyonlarla abunəçi əyləncəli vaxt keçirməklə yanaşı, “Azercell”dən də dəyərli hədiyyələr qazanacaqlar.

Ölkədə ilk dəfə GSM texnologiyasını, 4G texnologiyasını tətbiq edən, 5G texnologiyasının pilot şəbəkəsini test edən, 24/7 rejimdə çalışan Çağrı mərkəzi quran və bu kimi bir çox ilklərə imza atan “Azercell” 25 illik fəaliyyəti ərzində ölkənin mobil rabitə bazarında lider mövqeyini möhkəmləndirib. Müqəddəs Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda ilk stansiya quran, həmin ərazilərdən ilk bağlantı yaradan da məhz “Azercell” olub.

Şəbəkəsini bütün ölkə ərazisində genişləndirməkdə olan “Azercell” indi “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” məqsədi və “Sənə yaxın gələcək” şüarı ilə tamamilə fərqli bir rəqəmsal eraya qədəm qoyur. Yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük töhfə verəcək.

“Azercell”in hədiyyə dolu yubiley ayına qatılmaq və dəyərli hədiyyələr qazanmaq üçün hər kəsi şirkətin sosial media hesablarını izləməyə dəvət edirik:

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

LinkedIn: https://www.linkedin.com/company/azercell/

TikTok: https://www.tiktok.com/@azercell_official

Twitter: https://twitter.com/Azercell

YouTube: https://www.youtube.com/AzercellAds

“Azercell”-“Sənə yaxın gələcək”.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 94,25 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,73 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, “Beynəlxalq Biznes STEVIE Mükafatları”nın “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.

https://azertag.az/xeber/_Azercellden_bol_hediyyeli_yubiley_ayi-1955052

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…