207 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

29 Avqust 2022

Qazaxıstan yığmasının əslən azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov və Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) bir-birinə qarşı iddia qaldırıb.

“TELEJURNAL.AZ”ın məlumatına görə, məsələyə sentyabrın 22-də İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq.

29 yaşlı idmançı dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinib. Beynəlxalq Test Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ittihamını irəli sürüb.

CAS isə bu il martın 22-də onu 8 il müddətinə bütün yarışlardan kənarlaşdırıb. Ağırlıqqaldıranın 15 mart 2016-cı ildən 18 yanvar 2021-ci ilədək göstərdiyi bütün nəticələr ləğv olunub. Beləliklə, Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 77 kq çəki dərəcəsində qazandığı qızıl medaldan məhrum edilib. Uzunmüddətli cəza ötən ilin 18 yanvarından hesablanmağa başlayıb.

Qərardan narazı qalan ağırlıqqaldıran IWF-ni cəzanın təşəbbüskarı sayaraq, CAS-a şikayət edib. Öz növbəsində, ITA-nın qərarını alqışlayan IWF onu məhkəməyə verib.

Qeyd edək ki, Nicat Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya, 2016-cı ildə isə olimpiya çempionu olub. Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…