203 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanlı deputat: Azərbaycan regionda sülh və sabitliyin qorunub saxlanmasına sadiqdir

28 Yanvar 2022

Bir sıra mühüm məsələlərin ciddi şəkildə təhrif edilməsinə və Ermənistanla Azərbaycan arasında münaqişədən sonrakı vəziyyətə istinad edən yanlış terminologiyadan istifadə edilməsinə kəskin narazılığımı bildirirəm.
Müvafiq beynəlxalq təşkilatların, eləcə də AŞPA-nın heç bir rəsmi sənədində heç vaxt istifadə olunmayan izahat memorandumunda verilmiş “özünü Dağlıq Qarabağ Respublikası elan etmiş” ifadəsinin istifadəsi qətiyyən yolverilməzdir. Bu, Avropa Şurasının üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək kimi prinsipial mövqeyinə tam ziddir. Assambleya öz fəaliyyətində Avropa Şurasının belə prinsipial mövqeyinə ciddi əməl etməlidir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun qış sessiyasının 9-cu seansının sonunda Ermənistandakı təsisatların funksiyalarına dair məruzənin müzakirələri zamanı avropalı parlamentarilərə təqdim etdiyi yazılı çıxışında söyləyib.
Vurğulayıb ki, məruzə beynəlxalq hüquq normalarına, xüsusilə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə uyğun olaraq, qeyri-qanuni işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsindən və Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda baş verən yeni reallıqları lazımi şəkildə əks etdirmir.
“Heç kəs unutmamalıdır ki, Ermənistan, onun işğalçı siyasəti və ərazi iddialarına görə 30 ildən artıq davam edən münaqişəyə görə birbaşa məsuliyyət daşıyır. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan gələcəyə baxır.
Prezidentimiz İlham Əliyevin dediyi kimi, Azərbaycan sülhə, sabitliyin qorunub saxlanmasına sadiqdir və ölkəmizin səyləri regionda istənilən yeni müharibə risklərinin minimuma endirilməsinə yönəlib. Bunun üçün ən yaxşı yol fəal dialoq qurmaq, kommunikasiyaları açmaq və yenidən qonşu olmağı öyrənməkdir”, – deyə K.Cəfərov yazıb. Vurğulayıb ki, həmməruzəçilər Ermənistanda revanşist çağırışları gücləndirmək əvəzinə, Ermənistanı regionda dinc, yanaşı yaşamaq və əməkdaşlıq qurmaq üçün konstruktiv addımlar atmağa təşviq etməlidirlər. Məruzə ilə bağlı müvafiq düzəlişlərin səsə qoyulması və məruzənin qəbul edilməsi forması monitorinq proseduruna, eləcə də həmməruzəçilərin fəaliyyətinə kölgə salır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…