23 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanlı deputat AŞPA-da Azərbaycanda qəbul olunmuş “Media haqqında” qanundan danışıb

24 İyun 2022

Bakı, 24 iyun,TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

İnkişaf etməkdə olan texnologiyalar, xüsusilə də Süni İntellekt (AI) bəzi aspektlərdə faydalı olsa da, həm də ifadə azadlığı və media azadlığı kimi insan hüquqları üçün ciddi təhlükəyə çevrilmək potensialına malikdirlər.

Azərbaycan inkişaf etməkdə olan texnologiyalara çox yüksək qiymət verir. Bu, heç bir halda plüralizm və məlumat azadlığını məhdudlaşdırmır. Çünki Azərbaycanda yeni qəbul olunan “Media haqqında” qanun müasir tələblərə cavab verir. Ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır. Qanun ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılmasına zəmin yaradır.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Könül Nurullayeva qurumun yay sessiyası çərçivəsində “Onlayn kommunikasiyaya nəzarət: media plüralizmi, məlumat azadlığı və insan ləyaqətinə təhlükə” adlı məruzənin müzakirələrinə yazılı təqdim etdiyi çıxışında bildirib.

Vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Süni İntellekt texnologiyasından istifadə üzrə liderdir. Hökumət bu yaxınlarda iqtisadi rifah üçün Süni İntellekt tədqiqatını və tətbiqini sürətləndirmək məqsədilə Milli Planın yaradılması üzərində işlərə başlayıb.

“Şəffaflıq istənilən ictimai nəzarət üçün əsas tələbdir və fərdlər onların həyatına təsir edən qərarların necə qəbul edildiyindən, məlumatların hansı məqsədlər üçün istifadə edildiyindən xəbərdar olmalıdırlar. Bu məqsədlərə nail olmaq üçün Süni İntellektin cəmiyyətə təsiri ilə bağlı müstəqil araşdırmalar dəstəklənməlidir. Hökumətlər “Süni İntellekt”in tətbiqi ilə bağlı şəffaf olmalı və ondan istifadə məqsədlərinin açıqlanması məcburi olmalıdır. Özəl şirkətlər də süni intellekt texnologiyasından istifadəyə görə məsuliyyət daşımalıdırlar. Süni intellektdən faydalananlar onun tətbiqinin hər hansı mənfi nəticələrinə görə məsuliyyət daşımalıdırlar və buna nail olmaq üçün ciddi hökumət qaydalarının yaradılması vacib amillərdəndir”,- deyə K. Nurullayeva süni intellektdən istifadə ilə bağlı məsuliyyətləri qeyd edib.

Azərbaycanlı deputat bildirib ki, süni intellekt sadəcə texnologiya deyil, gələcəkdir. Ona görə də biz daha yaxşı gələcək yaratmaq üçün bu texnologiyanın insan hüquqlarının pozulmasına mənfi təsirləri dərk edilməli və belə halların qarşısı alınmalıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…