71 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycanla Yaponiyanın KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

17 Fevral 2021

 

Azərbaycan ilə Yaponiyanın KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub.

Telejurnal.az AZƏRTAC-a istinadən bildirir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov və Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada arasında görüş keçirilib. Görüşdə agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək mexanizmləri barədə məlumat verilib, əməkdaşlıq imkanlarına, o cümlədən iki ölkənin KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsinə, birgə layihələrin reallaşdırılmasına və bu prosesdə KOBİA-nın dəstəyinə, qarşılıqlı olaraq potensial investisiya layihələrinin mübadiləsinə, Yaponiyanın müvafiq qurumları ilə əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb.
Səfir C.Vada KOB sahəsində Yaponiyanın müvafiq qurumları ilə KOBİA arasında əlaqələrin qurulmasına və mövcud əlaqələrin genişləndirilməsinə dəstək göstəriləcəyini bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…