24 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanla tərəfdaşlıq bizim üçün çox vacibdir – Sandu

25 May 2023

Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq ümumi dəyərlərə, sülh və sabitliyi paylaşdığımız öhdəliyə əsaslanır.

Telejurnal xəbər verir ki, bu fikri Kişniyovda Azərbaycanın Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə Moldova Prezidenti Maya Sandu söyləyib.

M.Sandu qeyd edib ki, Moldova və Azərbaycan bu əlaqələri möhkəmləndirmək istəyir, çünki azərbaycanlıların və moldovalıların təhlükəsiz və firavan gələcəyi naminə birgə işləmək önəmlidir.

“İqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası birgə komissiyasının 10 illik fasilədən sonra 2022-ci ildə yenidən fəaliyyətə başlaması bunun əyani təsdiqidir. Moldova üçün Azərbaycanla tərəfdaşlıq bizim enerji müstəqilliyinə nail olmaq istəyimiz kontekstində çox vacibdir. Biz birgə layihələri davam etdirmək və Azərbaycan ilə dəstək və əməkdaşlığa ümid etmək istəyirik”, – Sandu vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…