25.10.2024 08:27:51
114 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycanla Rusiya gömrük orqanları arasında əlaqələrin perspektivləri müzakirə edilib

10 Mart 2021

Azərbaycan və Rusiya gömrük orqanları arasında əlaqələrin perspektivləri müzakirə olunub.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, müzakirələr martın 9-da DGK sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikovun görüşü zamanı aparılıb. Görüşdə komitənin aidiyyəti strukturlarının əməkdaşları və Rusiyanın ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix iştirak ediblər.
S.Mehdiyev Azərbaycan ilə Rusiya arasındakı mehriban qonşuluq və səmərəli əməkdaşlıq münasibətlərindən danışıb, əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu qeyd edib. Bildirilib ki, faydalı əməkdaşlıq gömrük orqanlarının fəaliyyətində də öz əksini tapıb, istər beynəlxalq, istər regional səviyyəli görüşlərdə və tədbirlərdə qarşılıqlı dəstək nümayiş etdirilib.
İki ölkə arasındakı ticarət dövriyyəsinin daim artdığını qeyd edən S.Mehdiyev gömrük orqanlarının da bu sahəyə mühüm töhfə verdiyini vurğulayıb. Xüsusilə qarşılıqlı məlumat mübadiləsi, gömrük əməkdaşlığının gücləndirilməsi sahəsində iki ölkənin gömrük orqanları arasında mühüm sənədlərin imzalandığını diqqətə çatdıran komitə sədri qarşıya qoyulan məsələlərin icrası məqsədilə çevik və səmərəli addımların atıldığını qeyd edib. S.Mehdiyev cari ildə də iki ölkə arasındakı ticarət dövriyyəsinin artacağına, əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verən S.Mehdiyev tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğunu, dövlət büdcəsinə ödənilən vəsaitlərin bir neçə dəfə artdığını, qaçaqmalçılıqla, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm nailiyyətlərin əldə edildiyini bildirib.
Azərbaycan-Rusiya sərhədində inşa olunan “Xanoba” gömrük postunun ilin sonunadək istifadəyə veriləcəyinə ümid etdiyini bildirən DGK sədri bununla da iki ölkə arasında sərhədkeçmə proseslərinin sürətlənəcəyini, tranzit daşımaların həcminin artacağını, beynəlxalq ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün münbit şərait yaranacağını vurğulayıb.
Səfir M.Boçarnikov Azərbaycan-Rusiya münasibətlərindən məmnunluqla danışıb və Dövlət Gömrük Komitəsi sədrinin iki ölkənin gömrük orqanlarının fəaliyyəti və həmin fəaliyyətin qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşdüyünü bildirib. Səfir cari ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin artacağına, gömrük məsələləri üzrə müşavir G.Pesçanskixin fəaliyyətə başlamasının gömrük orqanları arasındakı münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
G.Pesçanskix Azərbaycan gömrükçülərinin bilik və peşəkarlıq səviyyəsindən məmnunluqla bəhs edib, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fikirlərini bölüşüb.
Görüşün sonunda S.Mehdiyev Rusiyanın ölkəmizdəki səfirliyinin yeni təyin olunan gömrük məsələləri üzrə müşaviri G.Pesçanskixə gələcək fəaliyyətində uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, yeni təyinat qarşılıqlı münasibətlərə, gömrük orqanları arasındakı səmərəli əməkdaşlığa töhfə verəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…
Back To Top