75 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

27 Yanvar 2022

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Ticarətin İnkişafı Qurumunun katibi Əhsən Əli Manqi ilə görüşüb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluqla bəhs edən səfir iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
X.Fərhadov Azərbaycan və Pakistanın müvafiq qurumları arasında baxılmaqda olan Preferensial Ticarət Sazişinə toxunub və bu sənədin iki ölkə arasında ticarət əlaqələrinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. O, həmçinin iş adamlarının qarşılıqlı səfərlərinin, eləcə də biznes-forumların təşkilinin iqtisadi əlaqələrinin daha da güclənməsinə töhfə verəcəyini vurğulayıb.
Ə.Ə.Manqi səfir Xəzər Fərhadova görüşə görə təşəkkürünü bildirib, Azərbaycanla Pakistan arasındakı səmimi münasibətlərdən söz açıb. İqtisadi-ticari əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını deyən qurumun katibi Pakistanın Ticarətin İnkişafı Qurumu ilə AZPROMO arasında anlaşma memorandumu imzalandığını və həmin qurumla sıx təmasda olduqlarını qeyd edib.
Görüş zamanı Azərbaycan-Pakistan Biznes Şurasının yaradılması, eləcə də hər iki ölkədə sərmayə qoyuluşu imkanları barədə fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…