21 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

14 İyun 2023

14 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, görüş zamanı tərəflər Azərbaycanla Özbəkistan arasında tarixi dostluq və qardaşlıq üzərində qurulan ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmasların gündəliklərindən irəli gələn məsələləri müzakirə ediblər.

Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlığı və qarşılıqlı dəstək məsələlərini məmnunluqla vurğulayan nazir Ceyhun Bayramov, Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimizin mövcudluğunu, habelə ticarət, sənaye, kooperasiya, turizm və digər sahələrdə ikitərəfli münasibətlərdə dinamik artım müşahidə edildiyini qeyd edib.

Nazir işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində Özbəkistan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib, bu xüsusda Füzuli şəhərində məktəb tikintisinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Nazir müavini Babur Usmanov qəbula görə təşəkkür edərək Özbəkistanın dost və qardaş Azərbaycanla əlaqələrin daha da inkişaf etdirmək niyyətini vurğulayıb və bu istiqamətdə yeni imkanlardan bəhs edib.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…