20 baxış
Bu yazını paylaşın
Siyasi

“Azərbaycanla NATO standartlarında təlimlərimizi davam etdirəcəyik”

13 İyun 2023

Türkiyənin milli müdafiə naziri Yaşar Güler ölkəsinin Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlığın getdikcə daha da davam etdiriləcəyini bildirib.

 

“Telejurnal” xəbər verir ki, nazir Güler bu haqda Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərində müşayiət edərkən jurnalistlərin suallarını cavablandıran zaman danışıb.

“İndiyə qədər etdiyimiz kimi, “bir millət, iki dövlət” prinsipi çərçivəsində fəaliyyətimizi daha intensiv şəkildə həyata keçirərək azərbaycanlı qardaşlarımızla əlaqələrimizi daha da inkişaf etdirəcəyik. Azərbaycanlı qardaşlarımızla bundan sonra da bir ürək olmağa davam edəcəyik. Biz hər zaman Azərbaycanın yanındayıq”, -deyə nazir qeyd edib.

 

Azərbaycan ordusunun yenidən qurulması və Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlıqla bağlı sualı cavablandıran Güler bildirib ki, müdafiə naziri general Zakir Həsənov bu istiqamətdə mühüm nailiyyətlər əldə edib:

 

“Hər cür dəstəyi vermək və Azərbaycanın güclü ordusunu daha da irəli apara bilmək üçün NATO standartlarında təlimlərimizi birlikdə davam etdirəcəyik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…