152 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanla Misir arasında poçt xidməti sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

19 May 2022

Qahirədə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev və Misir Poçt Agentliyi İdarə Heyətinin sədri Şərif Faruk arasında keçirilən görüşdə iki ölkənin poçt xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, səfirə 1865-ci ildən bəri fəaliyyət göstərən Misir Poçt Agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Ş.Faruk qeyd edib ki, hazırda poçt xidməti sahəsində müasir texnologiyaların tətbiqi uğurla həyata keçirilir və rəqəmsal transformasiya üzrə mühüm işlər görülüb. O, azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib.

Agentliyin muzeyində tarixi sənədlərlə tanış olan səfir T.Rzayev Azərbaycanda poçt xidməti barədə məlumat verərək qeyd edib ki, ölkələrimizin uyğun strukturları arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. O, Misir Poçt Agentliyinin rəhbərini Azərbaycana səfərə dəvət edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…