27 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanla Litva arasında sənədlər imzalanıb

22 May 2023

Mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.

Bu barədə  TELEJURNAL   xəbər verir.

Azərbaycan və Litva arasında aşağıdakı sənədlər imzalanıb:

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Litva Respublikasının ətraf mühit naziri Simonas Gentvilas və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıblar.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Litva Respublikasının sosial təhlükəsizlik və əmək naziri xanım Monika Navitskiene və Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov imzalayıblar.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”nı Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskiene və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev imzalayıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…