292 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanla İtaliya arasında qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edilib

02 Dekabr 2021

Dekabrın 2-də Stokholmda, İtaliya tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova ilə görüşüb.

‘TELEJURNAL’ Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilən məlumata əsasən xəbər verir ki, görüşün əvvəlində, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Azərbaycan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusunun şəhid olması ilə nəticələnən helikopter qəzasına görə başsağlığı verib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir müavini F.Rzayev, həmkarına bölgədə münaqişə sonrası vəziyyət, o cümlədən Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərində aparılan bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

https://azertag.az/xeber/Azerbaycanla_Italiya_arasinda_qarsiliqli_maraq_doguran_beynelxalq_ve_regional_meseleler_muzakire_edilib-1941280

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…