43 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanla İsveç arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub

01 Dekabr 2021

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov bu ölkənin xarici işlər naziri Ann Linde ilə görüşüb.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla İsveç arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və tərəfləri maraqlandıran bir sıra istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

İsveçin ATƏT-in hazırkı sədri kimi fəaliyyətini yüksək qiymətləndirən səfir Zaur Əhmədov Krallığın postmünaqişə dövründə Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün daha aktiv fəaliyyətinin labüdlüyünü qeyd edib. Bunları nəzərə alaraq, Şimali Avropa əməkdaşlıq modelinin Cənubi Qafqaz regionu ölkələri üçün tətbiqinin mümkünlüyü haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin bu yaxınlarda Stokholmda baş tutacaq ATƏT-in Zirvə Görüşünün əhəmiyyəti də vurğulanıb.

Azərbaycanla İsveç arasında humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə toxunulan görüşdə Nobel qardaşlarının ölkəmizdə qoyduğu tarixi izin bu əlaqələr üçün müsbət zəmin olduğu bildirilib. Humanitar sahədə təhsilin xüsusilə perspektivli olduğunu vurğulayan Zaur Əhmədov iki ölkə arasında tələbə mübadiləsinin intensivləşməsi üçün yeni layihələrə ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında siyasi dialoqun davamlılığının təmin olunması və beynəlxalq arenada əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

https://azertag.az/xeber/Azerbaycanla_Isvech_arasinda_muxtelif_sahelerde_emekdasligin_perspektivleri_muzakire_olunub-1940308

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…