25 baxış
Bu yazını paylaşın
Dünya

Azərbaycanla Hindistan arasında turizm əlaqələri təşviq etdiriləcək

26 İyul 2022

Bu ilin avqustun 9-da “Azərbaycan Hava Yolları” QSC Bakı ilə Dehli arasında birbaşa aviareys açacaq, bu, iki ölkə arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirəcək.

TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, bunu Hindistan səfirliyinin birinci katibi Vinay Kumar Azərbaycan və Hindistan arasında turizm sahəsində fəaliyyət göstərən şirkətlərin onlayn B2B görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, Bakı ilə Dehli arasında səyahət müddətini 4 saatdan bir qədər çox azaldacaq.

O qeyd edib ki, Hindistan üçün turizm sektoru xüsusi əhəmiyyət kəsb edir: “Turizm Hindistanın xidmət sektorunun ən böyük komponentlərindən biridir və turizm hər il Hindistanın ÜDM-nin 7 %-ə yaxınını təşkil edir. Turizm sektorunun pandemiyadan sonra əsaslı şəkildə artımı gözlənilir. Hindistan hökuməti Azərbaycan da daxil olmaqla 150-dən çox ölkəyə elektron viza rejimini tətbiq etməklə turizm infrastrukturunun yaxşılaşdırılması və Hindistana səyahətin asanlaşdırılması da daxil olmaqla müxtəlif tədbirlər həyata keçirib”.

V. Kumar bildirib ki, son bir neçə ildə Hindistandan Azərbaycana turizm axını əhəmiyyətli dərəcədə artsa da, məsafə uzaq olduğu üçün Azərbaycandan Hindistana az sayda ziyarətçi var: “Ola bilsin ki, bu, qonaqların seçə biləcəyi çoxlu sayda cəlbedici yerlər haqqında məlumatlılığın olmaması ilə əlaqədar ola bilər. Ona görə də ümid edirəm ki, bugünkü mübadilələr və təqdimatlar vasitəsilə biz Azərbaycandakı əsas maraqlı tərəflərə daha çox məlumat verə biləcəyik və Hindistana gələn qonaqları qarşılamağa daha yaxşı hazırlaşacağıq. Mən Hindistandakı bütün turoperatorlarından bu fürsətdən yararlanaraq cəlbedici turizm paketləri təqdim etmələrini xahiş etmək istəyirəm”.

Səfirliyin rəsmisi qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan isti və dostluq münasibətləri mövcuddur: “2022-ci ilin ilk 6 ayında iki ölkə arasında ticarət dövriyyəsi 895 milyon ABŞ dolları təşkil edib, bu isə 2021-ci illə müqayisə

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…