44 baxış
Bu yazını paylaşın
Dünya

Azərbaycanla BMT arasında qlobal iqlim dəyişikliyi, gələcək əməkdaşlıq müzakirə olunub

24 Mart 2023

BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən Su konfransında iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqt) Baş direktorunun müavini xanım Daniels Uqoçi ilə görüşüb.

 

“Repor”a istinadən TELEJURNAL  xəbər verir ki, görüşdə su ehtiyatlarının azalması, səmərəli idarə edilməsi, qlobal iqlim dəyişikliyi ilə mübarizə, erkən xəbərdarlıq və müasir müşahidə sistemlərinin vacibliyi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə D.Uqoçi ötən il Zəngilan rayonunun Ağalı kəndində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətinə diqqət çəkib. O, xüsusilə regionda su məsələləri üzrə gələcək əməkdaşlığın formalaşması istiqamətində görülən işlərdən bəhs edib və qəbul olunan qərarların vacibliyini vurğulayıb.

D.Uqoçi, həmçinin bu il Ağdam rayonunda Azərbaycan və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında keçirilən “İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr” haqqında da müsbət fikirlərini bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…