315 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanın yanmış əraziləri xəritələşdiriləcək

26 Avqust 2022

“Azərbaycan ərazisində yanğınların baş verdiyi yerlər xəritələşdiriləcək və payız ağacəkmə mövsümündə yanaraq məhv olmuş sahələrdə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu ilin avqust ayında Azərbaycan ərazisində baş verən yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək: “Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq”.

Nazir müavini xatırladıb ki, ETSN BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə Milli Meşə Proqramı hazırlayıb: “Proqram 2022-2030-cu illəri əhatə edir və müvafiq qurumlarla razılaşdırılaraq baxılması üçün aidiyyəti üzrə təqdim edilib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…