43 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın XİN rəhbəri Holokost Memorial Kompleksini ziyarət edib

29 Mart 2023

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində “Yad Vaşem” Holokost Memorial Kompleksini ziyarət edib.

TELEJURNAL xəbər verir ki, nazir abidə kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində Azərbaycan XİN rəhbərinə minnətdarlığını bildirib: “Səmimi sözlərinizə görə təşəkkür edirəm”.

Azərbaycan Xarici İşlər Nazirliyi də C.Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılan Yad Vaşem memorial kompleksini ziyarət etməsi barədə məlumat yayıb.

“Ziyarəti zamanı nazir Ceyhun Bayramov Holokost qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyub.

Nazir 1953-cü ildən fəaliyyət göstərən memorial kompleksində, həmçinin, Holokost qurbanlarının sənədləri və fotoşəkillərinin sərgiləndiyi muzey və memorialın tədris mərkəzi ilə tanış olub, daha sonra kompleksin xatirə kitabını imzalayıb.

Ziyarət zamanı kompleksin rəhbəri Dani Dayan Azərbaycan nümayəndə heyətinin üzvlərinə memorial kompleksi barədə məlumat verib”, – XİN-dən bildirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…