150 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın XİN başçısı bəhreynli həmkarı ilə görüşüb

29 Mart 2022

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyada keçirilən “8-ci Berlin enerji keçid dialoqu” tədbiri çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə görüşüb.

Bu barədə “TELEJURNAL” Report-a istinadən xəbər verir.

Bildirilib ki, görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edildi və perspektivlər barəsində geniş fikir mübadiləsi aparıldı.

Görüşdə nazirlər iki ölkə arasında siyasi, iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğuladılar, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Bu xüsusda, Bəhreyn Krallığı tərəfindən beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin mövqeyinin dəstəklənməsi yüksək qiymətləndirildi.

Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim etdi.

Görüş zamanı, həmçinin Azərbaycan Respublikası və Bəhreyn Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığı qeyd edildi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi apardılar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…