29 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın xarici ölkələrlə ekstradisiya sahəsində qarşılıqlı əlaqələrinin genişləndirilməsinə dair layihə III oxunuşda təsdiqlənib

14 İyul 2023

Parlament Azərbaycanın xarici ölkələrlə ekstradisiya sahəsində qarşılıqlı əlaqələrinin genişləndirilməsinə dair layihəni III oxunuşda təsdiqləyib.

Telejurnal-ın  xəbərinə görə, bununla bağlı “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Layihə Azərbaycanın və xarici ölkələrin müvafiq orqanları arasında hüquqi yardım və ekstradisiya sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə hazırlanıb.

“Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol (Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə) 2022-ci il 11 oktyabr tarixli 599-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.

Dördüncü Əlavə Protokolda Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilmiş, 15-ci (üçüncü dövlətə verilmə) maddəyə yeni bənd əlavə edilib, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulub.

Bundan başqa, Dördüncü Əlavə Protokolla təsdiq edilmiş bəyanata əsasən ekstradisiya məsələləri ilə bağlı səlahiyyətli orqanın funksiyalarının yenidən tənzimlənməsi məqsədilə Konvensiyanın 12-ci maddəsinin 1-ci bəndində göstərilən səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanı müəyyən edilib.

Bundan başqa, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində müəyyən edilmiş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirir. Dəyişikliyə görə həmin səlahiyyətlərin Azərbaycan Respublikasının səlahiyyətli orqanına və müvafiq icra hakimiyyəti orqanına verilməsi təklif olunur.

Qeyd edək ki, hazırda dəyişiklik edilməsi təklif olunan 4.2-ci, 5.1-ci, 5.3-cü, 6.2-ci, 6.3-cü, 8.3-cü, 10.2-ci, 13.1-ci, 13.2-ci, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.2-ci, 16.4-cü, 16.5.1-ci, 18.1-ci və 18.2-ci maddələrin redaksiyasında “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 499 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məxsusdur.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…