58 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın xarici işlər naziri: “Müddəaları Azərbaycan deyil, Ermənistan pozur”

23 Dekabr 2022

“Tez-tez Azərbaycan tərəfinin üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsinin zəruriliyi ilə bağlı çağırışlar eşidirik, amma əslində müddəaları rəsmi İrəvan pozur”.

TELEJURNAL-ın Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Aksiyaların başlama səbəbini qeyd etmək istərdim. Səbəb qızıl və mis-molibden ehtiyatlarının talanmasıdır. Azərbaycanın Qarabağ regionu faydalı qazıntılarla zəngindir. Hazırda ermənilərin yaşadığı bu ərazidə 151 faydalı qazıntı yatağı var ki, onlardan 52-si ilk dəfə 1993-2020-ci illərdə istismara verilib”, – nazir bildirib.

O, Azərbaycanın ekologiyasına böyük ziyan dəydiyini nəzərə çatdırıb: “İki yataqda nələrin baş verdiyi göz qabağındadır. Bu, Azərbaycan ictimaiyyətində hiddət doğurmaya bilməz”.

Nazirin sözlərinə görə, aksiyaların səbəbi Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və Ermənistan hərbçi qulluqçularının ərazimizdə olmasıdır.

“Digər aktual məsələ minalar mövzusudur. Mina terroru davam etdirilir, bu isə etnik təmizləmə siyasətinin davamı deməkdir”, – XİN başçısı diqqətə çatdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…