30 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın xarici işlər naziri Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb

20 İyun 2022

Bakı, 18 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

İyunun 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdırəli ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək dəyərləndirib və Azərbaycanın Akademiyanın işinə verdiyi töhfəni qeyd edib. Türk xalqlarının ortaq tarixi və coğrafiyası ilə bağlı dərsliklərin hazırlanması, habelə Elmi Şuraların fəaliyyəti məmnunluqla qeyd edilib. Nazir Akademiyanın fəaliyyətinə şəxsən D.Kıdırəli tərəfindən verilən töhfənin yüksək qiymətləndirildiyini bildirib.

Darxan Kıdırəli Azərbaycana səfəri çərçivəsində Qlobal Bakı Forumunda iştirakını, Şuşa şəhərinə səfərini məmnunluqla qeyd edib. O, Beynəlxalq Türk Akademiyasının Azərbaycanla bağlı bir sıra layihələrinin olduğunu, o cümlədən Şuşanın 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı layihələrin nəzərdə tutulduğunu səsləndirib. Azərbaycanın Akademiyanı hər zaman dəstəklədiyini söyləyən Darxan Kıdırəli, bu dəstəyin gələcəkdə Akademiyanın fəaliyyətinin daha da yüksəlməsinə xidmət edəcəyindən əminliyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…