203 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub

14 Fevral 2022

Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı olub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov fevralın 13-də Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın ehtiyac duyulduğu təqdirdə hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.
Gürcüstanın xarici işlər nazir David Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Nazirlər inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…