62 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın uğurlu hərbi əməliyyatları Makronu möhkəm narahat edib…

30 Sentyabr 2020

Fransa Prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı münaqişənin kəskinləşməsindən son dərəcə narahat olduğunu və Minsk Vasitəçilər Qrupunun Dağlıq Qarabağ məsələsi ilə məşğul olduğunu vurğulayıb.

“telejurnal” “qaynarinfo”a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxın gələcəkdə qrupdakı həmkarlarına – Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampı çağırmaq niyyətindədir.

Makron qeyd edib ki, Minsk Qrupu nazirlərinin də çərşənbə axşamı Dağlıq Qarabağla bağlı danışacaqlarını və cümə axşamı AB sammitində şəxsən “bu demarşlar” barədə məlumat verəcək:

“Bu gecə fikir mübadiləsi aparmaq və bu vəziyyətdən çıxış yolları təklif etmək üçün prezident Putinlə, sabah isə prezident Tramp ilə bu mövzuda əlaqə qurmağı planlaşdırıram”.

Makron Qarabağdakı böhranın bir çox digər regional münaqişələr kimi Rusiyanın iştirakı olmadan həll edilə bilməyəcəyini də vurğulayıb.

Fransa prezidenti, eyni zamanda, Türkiyənin “Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları inkişaf etdirməyə sövq edən hərbi bəyanatları”nı da qəbuledilməz adlandırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…